Qabaqcıl təhsil şirkəti valideynlər üçün faydalı konfrans təşkil etdi - Foto

qabaqcil-tehsil-sirketi-valideynler-ucun-faydali-konfrans-teskil-etdi
Oxunma sayı: 1143

Kaspi Təhsil Şirkətinin Məktəbəqədər Müəssisələri Departamenti “Valideynlik sənətinin incəsənəti” adlı I Valideyn Konfransı təşkil edib.

"Qafqazinfo" xəbər verir ki, maarifləndirmə məqsədi daşıyan konfrans Kaspi Təhsil Şirkətinin “Special School” və ”Special Kids” Məktəb Tipli Reabilitasiya Mərkəzləri ilə tərəfdaşlığı çərçivəsində baş tutub. 

“Holiday İNN Hotel”in Bakı zalında keçirilən konfrans azyaşlı uşaqların (0-6 yaş) valideynləri üçün nəzərdə tutulub. Məqsəd valideynlərə övladlarının inkişaf mərhələlərini daha yaxşı anlamağa kömək etmək və onları insan həyatının ən vacib dövrü olan erkən uşaq inkişafının əsasları və mühüm mərhələləri ilə tanış etməkdir. 

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin üzvü Əli İsgəndərov bildirib ki, insan həyatının ən vacib mərhələsi olan erkən uşaq inkişafının doğru təşkili minlərlə azyaşlının sağlam və savadlı yetişməsinə səbəb olur: “Əsas missiyamız valideynlərin daim yanında olaraq ölkəmizdə təhsil alıb inkişaf edən hər bir uşağa düzgün dəstək olmaqdır”. 

Konfransın proqramında təlimlər əsas yer tutub. 4 əsas istiqamətdə keçirilən təlimlər peşəkar psixiatr, pedaqoq, psixoloq və pediatr tərəfindən aparılıb. Konfransda təkcə Kaspi Təhsil Şirkətinin müəssisələrində təhsil alan uşaqların valideynləri ilə yanaşı, bu yaş qrupunda digər azyaşlıların valideynləri də iştirak ediblər. Qonaqlarla birlikdə konfransda 200-ə yaxın valideyn iştirak edib.

Konfransa moderatorluğu həkim-psixiatr, Dr. Orxan İsgəndərov edib. Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, həkim-psixiatr Dr. Vəfa Şirinova,  pediatr-neonatoloq, Dr.Lalə Nəzərova və psixiatr-psixoterapevt, Dr.Elmir Təhməzov spiker qismində çıxış ediblər. 

“Təlim, Tərbiyə və Təhsil”, “İnfeksiya, inkubasiya və inyeksiya”, “Düşüncə, Davranış və Duyğu”, “Pozitiv valideynlik proqramı” mövzuları üzrə interaktiv müzakirələrlə keçən konfransda valideynlər də fəallıq göstəriblər. Eyni zamanda, onları maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılıb.

Konfransın gündəliyində müxtəlif viktorinalar da yer alıb. Qaliblərə tədbirin sponsorları tərəfindən müxtəlif hədiyyələr, endirim kuponları verilib. Valideynlər Kaspi Məktəbəqədər hazırlıq kurslarından illik 50 və Kaspi Uşaq Bağçalarından illik 100 AZN-lik endirim kuponları əldə ediblər. Konfransın spikerləri plaketlərlə, tədbirin təşkilində əməyi keçənlər təşəkkürnamə ilə təltif olunublar.