Qabonda qiyamçı hərbçilər həbs edildilər

qabonda-qiyamci-herbciler-hebs-edildiler
Oxunma sayı: 1146

Qabonun paytaxtında güc strukturu əməkdaşları dövlət radiosunu ələ keçirərək çevriliş cəhdi edən üsyançı hərbçiləri həbs ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kommunikasiya üzrə nazir Qi-Bertran Maqponqunun sözlərinə görə, ölkədəki situasiya 2-3 saat ərzində tamamilə normaya salınacaq. 

Xatırladaq ki, bu gün səhər saatlarında hərbçilər Qabonun dövlət radiosunu ələ keçirərək efirdə ölkə başçısını tənqid edib, əhalini küçələrə çıxmağa səsləmişdilər.