“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Kirill Qaburiç məlumat verib. Onun sözlərinə görə, bu məsələ Ukraya prezidenti Petro Poroşenko və hazırda onun müşaviri olan Saakaşvilinin özü ilə də müzakirə edilib. Qaburiç bildirib ki, Saakaşvili və onun komandası islahatlar sahəsində yaxşı təcrübəyə malikdir.
Tezliklə eks-prezident Moldova hökumətinə korrupsiya ilə mübarizədə yardım etmək üçün Kişinyevə yola düşəcək.Qaburiçin sözlərinə görə, dövlətin bütün sferalarına yol tapan korrupsiya ilə mübarizə üçün indiyə qədər səmərəli addımlar atılmayıb.
Qeyd edək ki, eks-prezident özü ölkəsi Gürcüstanda beynəlxalq axtarışa verilib. Baş Prokurorluq onu vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət büdcəsini talamaqda ittiham edib.
Son xəbərlər
Son Xəbərlər