İyulun 25-də Bakı şəhər sakini F.Həsənov Yasamal RPİ 29-cu PŞ-yə müraciət edərək həmin gün saat 9 radələrində rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “Audi” markalı avtomobilinin qaçırılmasını bildirib.
“Qafqazinfo” xəbər verir ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Ə.Abbasov Biləcəri qəsəbəsinin ərazisində avtomobillə birlikdə saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər