Qaçırdığı maşınla birgə saxlanıldı

qacirdigi-masinla-birge-saxlanildi
Oxunma sayı: 639

Bərdə RPŞ-yə müraciət edən şəhər sakini A.Əbilov “QAZ-3110” markalı avtomobilinin qaçırılmasını bildirib.

“Qafqazinfo” xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi S.Paşazadə şəhər ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.