Qaçırılan müəllimədən xəbər var

qacirilan-muellimeden-xeber-var
Oxunma sayı: 3761

Fevralın 1-də Ağcabədi rayonunda qaçırılan müəllim ailəsinə qaytarılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Qarabağ bürosunun xəbərinə görə, 3 saylı Ağcabədi şəhər tam orta məktəbinin müəllimi Fəridə Ağayevanı yaxın qohumu Nadir Ağayevin evlənmək məqsədilə qaçırdığı müəyyənləşib. Bildirilir ki, ailə böyükləri onlarla söhbət edəndən sonra qız evlərinə qayıtmağa razı olub. F. Ağayeva polisə izahatında N. Ağayevin onu zorla qaçırmadığını, könüllü getdiyini bildirib. N. Ağayevdən şikayətçi olmayan müəllim valideynləri razılıq verdikləri təqdirdə onunla ailə quracağını bildirib.