Qaçırılan tələbə tapıldı

qacirilan-telebe-tapildi
Oxunma sayı: 5124

Gəncə şəhərində qaçırılan 21 yaşlı tələbə Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, araşdırma nəticəsində G.Mirzəyevanın Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub. Gəncə ŞBPİ və Nizami RPİ əməkdaşları tərəfindən Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

Murad Əhməd