Qaçqın düşərgəsində partlayış zamanı 10 nəfər ölüb

qacqin-dusergesinde-partlayis-zamani-10-nefer-olub
Oxunma sayı: 719

Suriya və İordaniya sərhədində yerləşən suriyalı qaçqınların olduğu Ər-Rükban düşərgəsi yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, minanlanmış avtomobilin partladılması nəticəsində ən azı 10 nəfər ölüb.

İnsident “Azad Suriya Ordusu” adlı qruplaşmasının quraşdırdığı buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb. Partlayış zamanı qaçqınların yaxud nəzrət buraxılış məntəqəsənin əməkdaşlarının öldüyü açıqlanmayıb.

Qeyd edək ki, qeyri-rəsmi məlumata əsasən Ər-Rükban düşərgəsində 75 mindən çox suriyalı qaçqın yerləşib.