Qaçqın gənclər üçün “Doğma Qarabağım” festvalı

qacqin-gencler-ucun-dogma-qarabagim-festvali
Oxunma sayı: 662



“Qafqazinfo”nun məlumatına görə, belə layihələrin növbətisi “Doğma Qarabağım” gənclərin yaradıcılıq festivalıdır. Bu layihə əsasən məcburi köçkün məktəblərində oxuyan yeniyetmə və gənclərin Qarabağla bağlı çəkdikləri rəsmlərin, hazırladıqları əl işlərinin ölkə ictimaiyyətinin və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların diqqətinə çatdırılması işini həyata keçirəcək.

Layihənin ideya müəllifi və rəhbəri Sərraf Hüseynovun bildirdiyinə görə, layihənin əsas məqsədi öz doğma torpaqlarından didərgin düşmüş yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara öz yaradıcılıq imkanlarını genişləndirmək üçün dəstək göstərilməsi və bu gənclərin yaradıcılıq nümunələri vasitəsi ilə Qarabağın tarixi Azərbaycan torpağı olmasını, Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini festival iştirakçılarının və digər ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırmaqdan ibarətdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi “Vətənpərvərlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Vətən sevgisi, Vətənə və xalqa olan bağlılıq - inkişafı bu amillər stimullaşdırır. Ona görə, gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdırlar” sözləri layihəmizin əsas qayəsini və sütununu təşkil edir.

“Doğma Qarabağım” gənclərin yaradıcılıq festivalı layihəsi erməni qəsbkarları tərəfindən 20 ildən artıqdır ki, öz doğma yurd-yuvasından didərgin salınmış istedadlı gənclərin yaradıcılığını nümayiş etdirmək, onların doğma yurdlarına olan sevgisini və o torpaqlara dönmək istəyini ictimaiyyətə, xüsusən ölkəmizdə fəaliyyətdə olan beynəlxalq təşkilat nümayəndələrinə, səfirliklərin əməkdaşlarına təqdim etmək niyyətindədir.