İordaniya və Suriya sərhədində yerləşən qaçqın düşərgəsində partlayış olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb.
İnsident Ər-Rəqban düşərgəsində qeydə alınıb. Terrorçular avtomobilə yerləşdirilən bombanı partladıblar.
Təhlükəsizlik qüvvələri faktla bağlı araşdırma aparır. Hadisənin təfərrüatları hələki məlum deyil.
Son xəbərlər
Son Xəbərlər