“Qadağalar “Omicron”un yayılmasının qarşısını almayacaq” - ÜST

qadagalar-omicronun-yayilmasinin-qarsisini-almayacaq
Oxunma sayı: 1886

Beynəlxalq səyahət qadağaları "Omicron" ştamının yayılmasının qarşısını ala bilməyəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Omicron” ştamının yayılmasından sonra açıqlama verib.

"Ümumi səyahət qadağaları qlobal miqyasda yayılmanın qarşısını almayacaq. Lakin həyat və dolanışıq vasitələrinə ağır təsir göstərəcək. Bundan əlavə, onlar pandemiya zamanı qlobal sağlamlıq səylərinə mənfi təsir göstərərək, ölkələri epidemioloji ardıcıllıq məlumatlarını və hesabat vermək üçün stimullardan məhrum edə bilər", - ÜST-ün açıqlamasında deyilir.

Təşkilat bildirib ki, vacib beynəlxalq səyahətlər, o cümlədən, fövqəladə və humanitar missiyalar üçün səyahətlər, repatriasiya və zəruri malların daşınması COVID-19 pandemiyası zamanı prioritet olaraq qalmalıdır.

Bundan əvvəl ÜST fövqəladə iclasdan sonra Cənubi Afrikada aşkarlanan koronavirusun yeni ştamını narahatlıq doğuran kimi təsnif etmək qərarına gəlib.

Qeyd edək ki, yeni ştam – “B.1.1.529” - ÜST tərəfindən yunan hərfi “Omicron” ilə adlandırılıb. COVID-19-un yeni ştamı ilə bağlı vəziyyətə görə, bir sıra dövlətlər Cənubi Afrika ölkələri ilə uçuşları dayandırıb və öz vətəndaşlarına onlara səfər etməkdən çəkinməyi tövsiyə edib.