Qadağan edilmiş obyekti qaranlıqda tikirmişlər - Video

qadagan-edilmis-obyekti-qaranliqda-tikirmisler
Oxunma sayı: 3777

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb.

Həmçinin oxuyun: “На экзаменах брали взятки, а ответы списывали с телефона” - Видео