Dünyaca məşhur repçi Eminem 17 il sonra “Oskar”da arzusunu həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, ifaçı 2003-cü ildə mükafat tədbirində qadağan olunmuş mahnını dünənki gecədə səsləndirib.
Qeyd edək ki, Eminemin həyatından bəhs edən “8 Mil- 8 Mile” filmi 2002-ci ildə təqdim olunmuşdu. Bəyənilən ekran işində yer alan “Lose Yourself” mahnısı “Oskarın” ən yaxşı mahnısı olmuşdu. Lakin həmin dövrdə səbəbi açıqlanmadan Eminemin musiqini ifa etməsinə icazə verilməmişdi.


Son xəbərlər
Son Xəbərlər