Qadın boksçularımızdan Avropa birinciliyində- - 2 medal

qadin-bokscularimizdan-avropa-birinciliyinde-
Oxunma sayı: 783


“Qafqazinfo” xəbər verir ki, milli komandamızın iki üzvü gənclərin yarışında bürünc mükafata layiq görülüb. 69 kq çəki dərəcəsində mübarizə aparan Məryəm Cəbrayılova yarımfinalda yerli idmançı Monika Floridaya uduzaraq 3-cü yerlə kifayətlənib.

Digər boksçumuz Alina Hacıyeva da (81 kq) yarımfinal səddini keçə bilməyib. A.Hacıyeva ukraynalı Anastasiya Stankeviçlə dueldən məğlub ayrılıb.

Beləliklə, İtaliyaya 3 boksçu ilə yollanan komandamız Vətənə 2 bürünc medalla dönüb.