Qadın cüdoçularımız Sloveniyada 6 medal qazandı - Fotolar

Qadın cüdoçularımız Sloveniyada 6 medal qazandı
Oxunma sayı: 520

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, 40 kiloqram çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Digər təmsilçilərimiz Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) gümüş, Nərmin Əmirli (+70 kq) isə bürünc medal qazanıblar.

Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi