Qadın deputat kanalizasiyaya düşdü - Video

qadin-deputat-kanalizasiyaya-dusdu-
Oxunma sayı: 3211

Hindistanın qadın millət vəkili Punam Madam Qucerat əyalətinin Vododra şəhərində sakinlərlə görüşərkən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, deputat vətəndaşlarla söhbət edərkən qəfildən yol çöküb. P. Madam və yanındakı 4 nəfər 3 m yüksəklikdən kanalizasiyanın içinə düşüb.

Hadisə nəticəsində 40 yaşlı deputat başından, çiyin və ayaqlarından zədə alıb. Yanındakı 4 nəfərdən isə ikisi xəsarət alıb.