Qadın ərini parkda bıçaqladı - Bakıda olay

qadin-erini-parkda-bicaqladi
Oxunma sayı: 841

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Qafqazinfo”Teleqraf.com xəbər verir ki, rayonun Rəşid Behbudov küçəsində yerləşən parkda qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Mahmud Məmmədov parkda bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. 

Məlumata görə, Mahmud Məmmədov aprelin 14-də, günorta saatlarında parkda həyat yoldaşı ilə mübahisə edib. Bu zaman onu həyat yoldaşı bıçaqlayıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.