“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 15-də saat 19:30 radələrində olub. M.Gülgün küçəsi 7 mənzil 1-də yaşayan 1960-cı təvəllüdlü Sevda Abbasova evinin həyətindəki hamamda paltar yuyarkən naməlum şəxs onun qarnına 4, üzünə 1 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hadisəni törədən şəxsin kimliyi hələ bəlli deyil. Araşdırmalar aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər