Qadın fanatının qolunu burub gecə klubundan çıxardı

qadin-fanatinin-qolunu-burub-gece-klubundan-cixardi
Oxunma sayı: 2153

“Erkenci Kuş” serialı ilə ulduzu parıldayan Can Yaman Çiğdem Gökaşan adlı pərəstişkarına şiddət göstərməkdə ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd olunur ki, bir müddət bundan əvvəl gecə klubunda aktyoru görən Ç. Gökaşan onunla şəkil çəkdirmək istəyib.

O,  selfidən sonra Canı bərk qucaqlayıb. Bundan narahat olan Yaman xanımın dirsəyindən tutaraq kənara itələyib. Öz masasına yaxınlaşan Çiğdem bu dəfə ətrafı və özünü videoya çəkməyə başlayıb. Gökaşanın onu lentə aldığını düşünən aktyor  mühafizəçilərə müraciət edib, xanımları məkandan qovmalarını xahiş edib. Can daha sonra pərəstişkarına yaxınlaşaraq onun qolunu burub və məkandan çıxardıb.

Gökaşan hadisədən sonra polisə gedərək C. Yamandan şikayətçi olub.