Qadın futbolçu kişilər komandasında oynayacaq

qadin-futbolcu-kisiler-komandasinda-oynayacaq
Oxunma sayı: 1708

Niderland Kral Futbol İttifaqı (KNVB) qadın futbolçuya kişilərdən ibarət komandada oynamağa icazə verib. “Qafqazinfo” xəbər verir ki, bu eksperiment aşağı liqalarda olacaq. 

19 yaşlı qadın futbolçu Ellen Fokkema “Foarut” kişilər komandasında çıxış edəcək. 

KNVB-nın inkişaf üzrə direktoru Art Lanqeler bu məsələyə şərh verib: “Futbolumuzda rəngarənglik və bərabərlik istəyirik. Bu hər kəsə aid olmalıdır. Yeni təcrübə olacaq və necə alınacağını görəcəyik”.