Qadın futbolçu tarixə düşdü

Qadın futbolçu tarixə düşdü
Oxunma sayı: 3016

Braziliyanın qadın futbolçularından ibarət milli komandasının üzvü Formiqa Olimpiya Oyunları tarixində yeni rekorda imza atıb.

"Qafqazinfo" xəbər verir ki, 43 yaşlı yarımmüdafiəçi buna yığma ilə Tokio-2020-də iştirak etməklə nail olub. O, 7-ci dəfə Olimpiya Oyunlarında meydana çıxıb. Beləliklə, Formiqa öz rekordunu qıraraq, yarış tarixində yeni ən yüksək göstəricini müəyyənləşdirib.

Qeyd edək ki, Formiqa Tokio-2020 başa çatdıqdan sonra millidən ayrılacaq.