Qadın güləşçimiz Avropa çempionatının finalında - Yenilənib

qadin-gulescimiz-avropa-cempionatinin-finalinda
Oxunma sayı: 3176

Azərbaycanın üç qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/4 final mərhələsində Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2.

55 kq-dakı Elnurə Məmmədova eyni raundda Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlubiyyətə uğradıb.

Nəzərova finala gedən yolda Szeker Szimonetta (Macarıstan) ilə, Məmmədova Samoil Mihaela (Moldova) ilə, Mirzəzadə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

***

Elnurə Məmmədova (55 kq) yarımfinalda moldovalı Mixaela Samoilə 11:4 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəlib.