Qadın hər halında gözəldir - - Fotolar

qadin-her-halinda-gozeldir-
Oxunma sayı: 2412


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət moda sahəsində işləyən Aleksandro Palombo xərçəng xəstəliyinə tutulduqdan sonra yaradıcılığında dəyişiklik edib və aktivist layihələrlə dünya mediasında özünə yer tutmağı bacarıb. Rəssamın son işi isə döş xərçəngindən əziyyət çəkən xəstələrə dəstək üçündür. “Qadın hər halında gözəldir” şüarı altında hazırladığı “Survivor” adlı bu işində Disney qəhrəmanlarının əməliyyatdan sonrakı halını canlandırıb. Palompo yerli mətbuata yaxın dostunu döş xərçənginə görə itirdikdən sonra bu sərgiyə başladığını deyib: “O, çox gənc, gözəl və qabiliyyətli idi. Heç vaxt ona nəsə ollmayacaq deyə düşündüyümüz insanlardan idi, çox gözəl xarakteri var idi. Mənim hazırladığım bu işlərə baxan hər qadından ən azı ildə bir dəfə müayinədən keçməyi xahiş edirəm”. 

Dostunun vəfatından sonra hazırladığı bu iş ilə Polompo hər kəsə sosial bir mesaj verir: “Heç kim xərçəngdən azad deyil, sevimli Disney qəhrəmanlarımız belə”. 

Qeyd edək ki, bundan başqa Aleksandro Palombo daha əvvəl qadın zorakılığı, internet aludəliyi və bir çox sosial işlər hazırlayıb. 

Günel Hacı