Qadın ikinci dəfə sirkə içdi - Gəncədə

qadin-ikinci-defe-sirke-icdi-
Oxunma sayı: 1829

Gəncədə zəhərlənmə olub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə şəhər sakini, 1971-ci il təvəllüdlü Nahidə Məmmədova sirkə turşusundan zəhərlənmə ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Onun hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Məlumata görə N. Məmmədova bir neçə gün əvvəl də sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.