“Qadın istənilən halda xəyanəti bağışlamalıdır”

qadin-istenilen-halda-xeyaneti-bagislamalidir
Oxunma sayı: 2671

Əməkdar artist Elza Seyidcahan müzakirələrə səbəb olacaq açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, MTV-nin efirində qonaq olan sənətçi aparıcının xəyanət mövzusunda verdiyi suala təəccüblü şərh verib.

“Qadın istənilən halda xəyanəti bağışlamalıdır. Qadın elə qadındır. Bağışladığı şəxs uşaqlarının atasıdır. Kişi onsuz Adəm vaxtından xəyanət edir. Bir almaya satılan kişidən nə gözləyirsiz? Həvva onu bir alma ilə aldadıb cənnət bağından çıxartdı. Qəti fikrimdi, rəyimdən dönmərəm. Düzdü, sevirsənsə, bağışlamalı, sevmirsənsə ayrılmalısan”,- deyə E. Seyidcahan qeyd edib.