Qadın jurnalist qətlə yetirildi -

qadin-jurnalist-qetle-yetirildi-
Oxunma sayı: 818


"Qafqazinfo" ANS Press-ə istinadən xəbər verir ki, mərhum Ruben Espinosa araşdırmaçı jurnal olan “Proceso” üçün çalışırdı. 

Onun cəsədini bacısı tanıyıb. Üzərində iki güllə yarası olan cəsəd paytaxt Mexikonun Narvarte məhəlləsində olan mənzidə 4 qadın cəsədi ilə birgə tapılıb.

Jurnalist Ruben Espinosanın qətli ölkədə səs-küy yaradıb, insanlar jurnalın baş qərərgahı qarşısında həmrəylik göstərib. 

Qeyd edək ki, bir neçə həftə əvvəl Espinosa Meksikanın cənub-şərqində Verakruz şəhərindəki evində və iş yerində naməlum şəxslər tərəfindən təhdidlərə məruz qalmışdı. Daha sonra o yoxa çıxmışdı. Onun gizləndiyi bildirilirdi.

Verakruz jurnalistlərin üçün təhlükəli yer olub. Jurnalistləri Müdafiə Komitəsinin hesabatına əsasən 2010-cu ildən bəri orada 11 jurnalist qətlə yetirilib. Onu da bildirək ki, qətllərin hamısı qubernator Havyer Duartenin dövründə olub. Burada silsilə qətllərdən sonuncusu cəmi bir ay əvvəl baş verib.

“Qafqazinfo”