Qadın kamikadzelər öldürüldü

qadin-kamikadzeler-olduruldu
Oxunma sayı: 1099

Nigeriyada kamikadze qadınlar zərərsizləşdiriliblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, üç qadın ölkənin şimal-şərqində yerləşən bazarda terror aktı törətməyə cəhd ediblər. Maqadali şəhərində olan terrorçular polislər tərəfindən zərərsizləşdirilib.

Polislərin açdığı atəş terrorçulardan ikisinin üzərində olan bombaya dəyib. Digər qadın isə qaçmaq istəyən zaman güllələnib. Hökumət hesab edir ki, qadınlar “Boko Haram” qruplaşmasının üzvü olublar.

Aysel Kərimova