“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə saat 18:50 radələrində Ziya Bünyadov prospektində baş verib.
Şərur rayon sakini 1984-cü il təvəllüdlü Rişad Hüseynəliyev polisə müraciət edərək Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Sevinc Rzayeva tərəfindən döyüldüyünü bildirib.
Məlum olub ki, hər iki şəxs xuliqanlıq zəminində bir-birilərini döyüblər.
Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər