“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivində Məmmədov Natiq Əli oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində, N.Məmmədovun həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb.
İlkin araşdırmalardan sonra hadisənin 1973-cü il təvəllüdlü Kərimova Gülnarə İldırım qızı tərəfindən törədilməsi məlum olub.
42 yaşlı qadının hansı səbəbdən qanlı əmələ əl atması hələlik məlum deyil.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər