Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilən Günel İsayeva, Arifə Məmmədova və İlqar Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlaylıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.
Qeyd edək ki, bu ik Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər 4 dəfə məhkum olunmuş 1981-ci il təvəllüdlü İlqar Mehdiyevdən 4 bükümdə 0,74 qram heroin götürülüb. Müəyyən edilib ki, ona narkotiki Bakı sakini 1980-cı il təvəllüdlü Günel İsayeva satıb.
G.İsayeva da saxlanılıb və ondan 2 bükümdə 0,885 qram heroin götürülüb. G.İsayevaya isə heroini satanın 1965-ci il təvəllüdlü Arifə Məmmədova olması müəyyən edilib.
A.Məmmədova da tutulub, ondan isə 0,750 qram heroin götürülüb. Günel İsayevanın yaşadığı A.Şaiq küçəsində yerləşən evə baxış zamanı 3,022 qram heroin aşkar edilərək götürülüb.
Son xəbərlər
Son Xəbərlər