Qadın məhbuslar da səs verdilər - Fotolar

qadin-mehbuslar-da-ses-verdiler
Oxunma sayı: 2611

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin qadın məhbusları səsvermə hüquqlarından istifadə ediblər.

“Qafqazinfo” xəbər verir ki, proses Sabunçu rayon 29 saylı Seçki Dairəsinin 41 saylı seçki məntəqəsində baş tutub.

Məlumata görə, bu gün orada 532 məhkumun səs verməsi nəzərdə tutulub.

Fotoqraf Müzəffər İsmayılovun seçki məntəqəsindən çəkdiyi fotoları təqdim edirik: