Qadın özünü uçurumdan ataraq öldürdü

Qadın özünü uçurumdan ataraq öldürdü
Oxunma sayı: 1823

Göygöldə intihar hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Gəncə qəsəbəsində baş verib. Rayonun Topalhəsənli kəndində qeydiyyatda olub bu qəsəbədə yaşayan 1988-ci il təvəllüdlü Yusibova Aygün Xalıq qızı özünü qəsəbə ərazisində olan uçurumdan ataraq intihar edib. 

Məlumata görə, qadının iki övladı var. 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Elmar Əli