Qadın paltarı geyinmiş İŞİD-çi tutuldu - Foto

qadin-paltari-geyinmis-isid-ci-tutuldu
Oxunma sayı: 4267

Misir hərbçiləri qadın paltarı geyinmiş İŞİD yaraqlısını həbs ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, çadralı İŞİD-çi hökumət qoşunları tərəfindən Misirin Əl-Ariş şəhəri yaxınlığında saxlanılıb.

İlkin ehtimala görə, yaraqlı Sinay yarımadasındakı İŞİD dəstəsindən qaçmağa çalışıb. Yaxalanan terrorçunun şəklini “Jihad Threat Monitor” portalı tvitterdə dərc edib.

Aysel Kərimova