Qadın “Park Bulvar”dan paltar oğurladı, tutuldu

qadin-park-bulvardan-paltar-ogurladi-tutuldu
Oxunma sayı: 725

Bakıda mağazalardan birindən oğurluq edən qadın saxlanılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 27-də Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" ticarət mərkəzindəki mağazalardan birindən geyim əşyaları oğurlanıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balakən rayon sakini Nərmin Dibirova saxlanılıb.

Murad Əhməd