Qadın “peredoz”dan öldü

qadin-peredozdan-oldu
Oxunma sayı: 6458

Fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyiti yaşadığı mənzildə tapılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Mənzilə baxış zamanı həmçinin içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm də aşkar edilib götürülərək ekspertizaya təqdim olunub. Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib.

İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir. Faktla bağlı cinayət işi başlanılıb.

Murad Əhməd