Qadın piyadanı vurub öldürdü

qadin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1478

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 24-də saat 19 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Y.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Adilə Məlikrzayevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.