Qadın piyadanı vurub öldürdü

qadin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1456

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza avqustun 31-də saat 12 radələrində qeydə alınıb. 

Sumqayıt şəhərinin Sahil küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Corat qəsəbə sakini Mənsumə Əliyeva vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.