Qadın sevgilisindən polisə şikayət etdi

qadin-sevgilisinden-polise-sikayet-etdi
Oxunma sayı: 1706


“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 22-də Təbriz küçəsində yaşayan 1984-cü il təvəllüdlü Sərab Cəfərova ərizə ilə Polis Bölməsinə şikayət edib.

S.Cəfərova bildirib ki, fevralın 21-də saat 21 radələrində onunla qeyri-rəsmi yaşayan Ağdam rayon sakini 1985-ci il təvəllüdlü Alim Qasımov ona məxsus mobil telefonu və bacısı 1973-cü il təvəllüdlü Sonaya məxsus 1000 manatı oğurlayıb.

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov saxlanılıb.

Murad Əhməd