Qadın toyuq hinində özünü asdı - Bakıda

qadin-toyuq-hininde-ozunu-asdi-
Oxunma sayı: 3259

Bakıda 50 yaşlı qadın intihara cəhd edib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsi yeni yaşayış massivində baş verib.

Bakı sakini 1965-ci il təvəllüdlü Almaz Məcidova yaşadığı evin həyətində olan hinində özünü iplə asıb. Qısa zaman sonra yaxınları tərəfindən xilas edilən qadın xəstəxanaya yerləşdirilib.

Onun həyatını xilas etmək mümkün olub.

Murad Əhməd