“Qadın ucqar kənddə müəllim işləyir, əri şəhərdə yaşayır...”

“Qadın ucqar kənddə müəllim işləyir, əri şəhərdə yaşayır...”
Oxunma sayı: 1833

Deputat Musa Qasımlı ailəli qadınların müəllimlərin yerləşdirilməsi zamanı ucqar yerlərdə işlə təmin edilməsi məsələsinə toxunub.

“Qafqazinfo” xəbər verir ki, Elm və təhsil komitəsinin iclasında deputat qeyd edib ki, ölkədə müəllimlərin yerləşdirilməsi ilə bağlı xeyli işlər görülür: “Onlar diaqnostik qiymətləndirmədən keçəndən sonra işlə təmin olunur. Bir də görürsən ki, ailəvi qadın ən ucqar dağ kəndində müəllim işləyir. Onun həyat yoldaşı isə şəhərdə qalıb işləyir. Bunun bir mexanizmi tapılmalıdır ki, gələcəkdə bu ailələr də dövlətə də yük olmasın”.

Komitə sədri İsa Həbibəyli isə məsələdən nazirliyin xəbərdar olduğunu diqqətə çatdırıb: “Sizin dediyiniz problem var.  Nazirlik də xəbərdardır. Hesab edirəm ki, bu məsələnin səsləndirilməsi də problemin həllinə kömək edə bilər”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi