Qadın ürəyi üçün təhlükəli olan peşələr açıqlandı

Qadın ürəyi üçün təhlükəli olan peşələr açıqlandı
Oxunma sayı: 2305

Bəzi peşələr ürək-damar sisteminin vəziyyətini pisləşdirir. “Qafqazinfo”nun “American Heart Association”a istinadən məlumatına görə, bunu amerikalı alimlər aydınlaşdırıb.

Müvafiq tədqiqatda 60 yaşa yaxın 65 mindən çox qadın iştirak edib. Elmi işin müəllifləri ən tələbatlı iyirmi peşəni nəzərdən keçirib. Əldə olunan nəticələrə görə, ən “ziyanlı” iş sahibləri sosial işçi, pərakəndə satış kassiri və tibb bacılarıdır.

Belə ki, birincilərdə ürək probleminin yaranma ehtimalı digərlərinə nisbətən 36 %, ikincilərdə 33 %, üçüncülərdə isə 14 % yüksəkdir. Alimlər qeyd edib ki, səhiyyə sahəsi ümumilikdə təhlükəlidir. Tibb bacıları ilə yanaşı, psixiatriya sahəsində çalışan mütəxəssislər, eləcə də pasiyentlərə evdə qulluq edən baxıcılar yüksək riskə məruz qalırlar.

Ürək üçün ən təhlükəsiz peşə sahibləri isə daşınmaz əmlak məsələləri üzrə makler, satış üzrə agent və katibələrdir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi