Qadın və həyətində işləyən fəhlə bıçaqlandılar

qadin-ve-heyetinde-isleyen-fehle-bicaqlandilar
Oxunma sayı: 4704

Zaqatalada bir nəfər qonşusuna və onun həyətində işləyən fəhləyə bıçaqla xəsarət yetirib.

“Qafqazinfo”nun məlumatına görə, Zaqatala rayon sakini, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olan D.F dünən günorta saatlarında qonşusu G.Cavadovaya məxsus ünvana gələrək qadına və evin həyətində işləyən fəhlə M.Əhmədova mətbəx bıçağı ilə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, zərərçəkənlərin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.