“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə qeydə alınıb. Həmin ünvanda iki nəfər asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Hazırda hadisə yeri müayinə edilməklə araşdırmalar davam etdirilir.
Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, meyitləri tapılmış şəxslərin adları artır müəyyənləşib.
Araşdırmalar zamanı məlum olub ki, onlar – Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir.
Adıçəkilən şəxslərin intihar edib-etmədiyi araşdırılır.
Son xəbərlər
Son Xəbərlər