“Qafqazinfo”nun məlumatına görə, Qənirə Paşayeva Tovuzun və ölkəmizin ən böyük kəndlərindən biri olan Dönük Qırıqlıda sakinlərlə görüşüb, onların qayğı və problemlərini dinləyib.
Millət vəkili söhbət zamanı son illər surətlə artmağa başlayan Hepatit C barədə danışıb və sakinlərlə söhbətində artan Hepatitlərə, özəlliklə Hepatit C virusundan qorunmaq məsələsinə diqqət göstərməyə çağırıb.
Son illər Tovuzda Hepatit C-yə yoluxanların sayının və qaraciyər sirrozu ilə əməliyyata müraciət edənlərin artdığını deyən millət vəkili Qənirə Paşayeva Hepatitlərə yoluxan şəxslərin uzun müddət müalicə almasının vacibliyi, qaraciyərköçürmə əməliyyatının həddindən artıq baha olması, ailəsində bu virusa yoluxanların üzləşdiyi çətinliklər barədə danışaraq hər bir insan, diş həkiminə, qadın və kişi salonuna gedəndə, ginekoloqa müraciət edəndə və.s oranın sanitariya vəziyyətinə ciddi diqqət etməlidir.
Hepatitlərə daha çox hansı şəraitdə yoluxulduğu barədə fikirlərini söyləyən, hər dəqiqə qurbana çevrilə bilərsiniz deyən millət vəkili Qənirə Paşayeva bu məsələyə hər zaman ciddi diqqət yetirməyə çağırıb. Bir sıra imkansız ailələri və xəstələri ziyarət edib və onların qarşıdan gəlıən Ramazan bayramını təbrik edən millət vəkili Qənirə Paşayeva sakinlərlə görüş zamanı vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Son xəbərlər
Son Xəbərlər