Qadın, yoxsa kişi olduğu bilinmədi - Həbsdən canını qurtardı

qadin-yoxsa-kisi-oldugu-bilinmedi-
Oxunma sayı: 4627

Rusiyada qadına xas xarici görünüşə sahib olan, lakin sənədlərdə kişi olaraq göstərilən şəxs hüquq-mühafizə orqanlarını çıxılmaz vəziyyətdə qoyub. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, əsl adı Dmitri Kojukov olan, sonradan onu Alina Devis olaraq dəyişən şəxs daha əvvəl 12 qram amfetaminlə saxlanılsa da, həbs edilməyib. Buna səbəb isə hüquq-mühafizə orqanlarının onu qadınlara, yoxsa kişilərə məxsus istintaq təcridxanasına göndərməyə qərar verə bilməmələri olub. Küllü miqdarda narkotik maddə ilə saxlanılsa da, polis Kojukovu azat etmək məcburiyyətində qalıb.

Belə ki, kişilərin olduğu təcridxanada onu intihar həddinə çatdıra biləcəklərindən ehtiyat edilir. Sənədlərdə kişi olaraq qaldığı üçün qadın təcridxanasına da göndərilə bilməz.