Bakıda qadına hədə-qroxu gələrək pulunu alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, naməlum şəxslər martın 28-də Bakı şəhər sakini Ləman Heydərovaya hədə-qorxu gəlib 200 manatını alıblar.
Hadisəni törədənlər - əvvəllər məhkum olunmuş Pərvin Osmanov, Elvin Tağıyev və Rəhman Abbasov tutulublar. P.Osmanovdan 1,62 qram tiryək, E.Tağıyevdən isə 6,3 qram marixuana götürülüb. P.Osmanovun evinə baxış zamanı 2,291 qram tiryək, nömrəsi silinmiş və qundağı kəsilmiş “TOZ-63” markalı tüfəng, E.Tağıyevin evinə baxış zamanı isə 30,2 qram marixuana aşkar edilərək götürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər