Qadına hücum edən oğru tutuldu

qadina-hucum-eden-ogru-tutuldu
Oxunma sayı: 748


"Qafqazinfo" xəbər verir ki, Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşları keçirdikləi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı ş. sakini Emil Hacıyevi saxlayıblar. Məlum olub ki, o, avqustun 19-da Z.Bünyadov prospektində şəhər sakini Elyanə Sadıqovaya basqın edib, fiziki güc tətbiq etməklə onu yerə yıxıb, sonra isə zərərçəkənin əl çantasından mobil telefon və 3000 manat pulunu qarət etməklə, hadisə yerindən qaçıb. 

Həmin tarixdə E.Sadıqova pols bölməsinə müraciət edib. 

Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 180 (soyğunçuluq) maddəsi ilə cinayət işi başlayıb, isintaq gedir. 

Ceyhun