Qadına qarşı bıçaq çıxarıb telefonunu istədi

qadina-qarsi-bicaq-cixarib-telefonunu-istedi
Oxunma sayı: 846

Sabunçu rayonunda qadın təhdid edilib. 

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində Bakıxanov qəsəbəsi ərazisində bir qadının bıçaqla hədələnərək mobil telefonunun alınması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş T.Namazov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.