Bakı şəhər sakini A.Şamilovanın cibindən pulqabısını oğurlayan şəxs tutulub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PŞ əməkdaşları birgə əməliyyat keçiriblər.
Nəticədə qadının içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Qəmbərov saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər