Qadına qarşı soyğunçuluq edən tutuldu

qadina-qarsi-soygunculuq-eden-tutuldu
Oxunma sayı: 934

Gecə radələrində 39 yaşlı qadını döyərək soyğunçuluq edən şəxs saxlanılıb. 

Bakı Şəhər BPİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, sentyabrın 15-də saat 02:50 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlhamə Xəlilovanı döyərək içərisində 120 manat pul, 1 cüt sırğa, mobil telefon və sənədləri olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev tutulub.